Xəzər Xəbər

Məmmədyarov - Lavrov görüşünün DETALLARI VİDEO

Veb TV | 20:56 • 20 Noyabr 2017
Məmmədyarov - Lavrov görüşünün DETALLARI

"Münaqişənin həlli ilə bağlı plan masa üzərindədir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib. Elmar Məmmədyarov isə münaqişənin həlli üçün səylərin üçqat artırılmalı olduğunu və ən əsası münaqişənin bmt təhlükəsizlik şurasının qətnamələri çərçivəsində həllini vacib sayıb.

"Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədayrovla görüşdən sonra bildirib.

Mətbuat konfransında çıxış edən nazir münaqişənin həlli ilə bağlı planın masa üzərində olduğunu bildirib.

Elmar Məmmədyarov isə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb və bildirib ki, qətnamələrin yerinə yetirilməsinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır.

Nazirlər həmçinin həmsədr ölkələrin sayının artırılması məsələsinə də münasibət bildiriblər.

Konfransda vurğulanıb ki, nazirlər arasında keçirilən tək və çoxtərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı Xəzərin hüquqi statusu, müqavilə-hüquq bazasının genişləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Mətbuat Konfransında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı sənəd imzalanıb. Rusiyalı nazir 2013 cu ildə Moskva şəhərində suda boğulan 2 qızın həyatını xilas edərək özü də həlak olan Nağıyev Salmana verilən ''Qəhramanlıga görə '' medalı atası Həmdulla Nağıyevə təqdim edib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan sonra İrəvana da səfər edəcək. Səfər zamanı müzakirə predmeti Daglıq Qarabag münaqişəsi olacaq və bu səfərin ümumilikdə, problemin həlli istiqamətində mühüm irəliləyişə gətirib çıxaracagı ilə baglı gözləntilər var.


Xəbər lenti