Xəzər Xəbər

Türkiyə-NATO gərginliyi: Alyans Türkiyə liderlərini niyə hədəf seçir? - VİDEO

Veb TV | 19:13 • 18 Noyabr 2017
Türkiyə-NATO gərginliyi:

Norveçdə keçirilən NATO təlimlərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün şəkilləri hədəf kimi seçilib.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyə isə baş verənlərə adekvat reaksiya verərək təlimlərdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırılması barədə qərar qəbul edib. NATO baş katibi Yens Stoltenberq isə Türkiyədən baş verənlərə görə üzr istəyib. NATO-nun verdiyi açıqlamada şəkillərin hədəf kimi Türkiyə əsilli bir zabit tərəfindən təlimə daxil edildiyi və həmin zabitin artıq işdən uzaqlaşdırıldığı bildirilib.

NATO-nun baş katibinin baş verən hadisəyə görə üzrxahlıq etməsi, eləcə də olayda turk əsilli zabitin adının hallandırılması yaranmış situasiyanın təhlilinə ehtiyac yaradır. Təlimlərdə quruma üzv olan başqa dövlətin deyil, məhz Türkiyənin hədəf seçilməsi açıq şəkildə bu ölkəyə qarşı qısqanclıgın oldugunu ortaya qoyur. Son illər Türkiyənin yerləşdiyi cografi arealda geostrateji mövqeyini daha da möhkəmləndirməsi, zərurət yarananda isə konkret qərarlar qəbul edərək müstəqil hərərkət etməsi NATO rəhbərliyində də əndişələr yaradır. Son fakt isə bir daha Türkiyəyə qarşı ikili standartların oldugunu aşkar ortaya qoydu.

Millət vəkili Fazil Mustafa da Türkiyəyə qarşı NATO-nun bu addımının planlı şəkildə həyata keçirildiyini vurğulayıb.

NATO-nun ən güclü üzvlərindən biri olan Türkiyənin bu təşkilatdan olan narazılıqları onun Rusiya ilə yaxınlaşmasına səbəb olub. "S-400" kompleksləri ilə bağlı yaranan gərginlikdən sonra yaşanan bu hadisənin Türkiyə-NATO münasibətlərinin gələcəyinə ciddi təsir edəcəyi danılmazdır.

Qeyd edək ki, NATO-Türkiyə münasibətlərinin korlanmasının başlanğıcı Suriya təhlükəsi ilə bağlı bu ölkənin hava məkanının qorunmasında qurumun etinatsızlıq göstərməsi olmuşdu. Belə ki, NATO Türkiyənin 3 şəhərində "Patriot" hava hücumundan müdafiə sistemləri yerləşdirsə də, həmin sistemlərdən istifadənin bütün səlahiyyətini Türkiyəyə verməmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti