Xəzər Xəbər

Avtomobillərə qənim kəsilənlər yaxalandı - Lənkəranda mağazanı talayanlar axtarılır - VİDEO

Veb TV | 18:55 • 18 Noyabr 2017
Avtomobillərə qənim kəsilənlər yaxalandı -

Suraxanı rayonunda avtomobillərə qənim kəsilən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu polisi Hövsan qəsəbəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı əməliyyat keçirib. Nəticədə avtomobilin akkumulyatorunu oğurlamağa cəhd edən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılıb.

Araşdırma zamanı təqsirləndirilən şəxslərin müxtəlif ərazilərdə bir neçə belə oğurluq etdiyi məlum olub.

Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini etiraf ediblər.

Faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Lənkəranda da eyni mağazadan ikinci dəfə oğurluq olub.

Hadisə rayonun Şiləvar kəndində Cavid Nəsirova məxsus mağazada baş verib. Mağaza sahibinin sözlərinə görə, bir ay ərzində artıq ikinci dəfədir ki, onun mağazası qarət olunur.

Tavanı sökərək mağazaya daxil olan oğrular ordan kassada olan pulları, bahalı spirtli içkiləri və tütün məhsullarını özləri ilə götürüblər.

Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir. Lənkəran polisi araşdırma aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti