Xəzər Xəbər

Bakıda qadın üçəm dünyaya gətirib - Abbasovlar ailəsi sevinc içində... - VİDEO

Veb TV | 18:51 • 18 Noyabr 2017
Bakıda qadın üçəm dünyaya gətirib -

Bakıda bir qadın üçəm dünyaya gətirib. Abbasovlar ailəsi bu sevinci yaşamaq üçün bir çox çətinliyi gözə almalı olublar.

Xezerxeber.az-ın məlumatına görə, həkimlər riskli oldugunu desə də, ana istəyindən dönməyərək üçəmləri - Hafiz, Rüstəm və Elçini qucağına aldı.

İlk hamiləliyi problemli olan və bu səbəbdən uşağını itirən Şəhla Abbasova təbii yolla 3 əkiz dünyaya gətirib. Hamiləlik boyunca nəzarət altında saxlanılan qadın qeysəriyyə yolu ilə 8 ayında övladlarına qovuşub.

Şəhla Abbasovanın sözlərinə görə, hamiləlik müddətində dözümlü olmağa çalışıb, ana hətta hamilə ikən körpələri itirməmək naminə əməliyyat olunmağı da gözə alıb.

Həkim Turab Canbaxışovun sözlərinə görə, əgər əkiz hamiləliklər 80-100 qadından birində olursa, üçəmlər 7000-8000 hamilə qadından birində olur və riskli hesab edilir. Bu səbəbdən dünya təcrübəsində üçəm hamiləliklər əkiz hamiləliyə salınır. Yəni dölün biri cərrahi müdaxilə ilə götürülür. Lakin Abbasovlar ailəsi buna qətiyyən razı olmayıb. Onlar hər üç körpəyə yaşamaq haqqı tanıyıblar.

Ailə bunun üçün Bakıda və digər yaxın ölkələrdə tapılmayan dərmanı da əldə edib.

Həkim qeyd edir ki, ananın sağlamlığında heç bir problem yoxdur və qadın gələcəkdə də ana ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti