Xəzər Xəbər

Polis reyd keçirdi - 60-dan çox sürücü cərimələndi - VİDEO

Veb TV | 18:50 • 18 Noyabr 2017
Polis reyd keçirdi - 60-dan çox sürücü cərimələndi -

Artıq üç gündür avtomobillərdə plyonka və pərdədən istifadəyə görə qadağa qüvvəyə minib. Ancaq hələ də bu qadağaya məhəl qoymayan sürücülər var.

Xezerxeber.az-ın məlumatına görə, Şirvanda və Mingəçevirdə keçirilən reyddə xeyli sürücü bu səbəbdən cərimələnib.

Şirvan şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Yoxlamalar zamanı mövsümü başa çatsa da, avtomobillərin arxa yan şüşələrində görməni məhdudlaşdıran plyonkalardan istifadə edən sürcülər barəsində inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub. Plyonkalar avtomobillərdən yerindəcə çıxarılıb.

Reyd zamanı 30 sürücüyə qarşı inzibati cəza tətbiq edilib.

Yol polisi əməkdaşları Mingəçevirdə də reyd keçiriblər. Avtomobilinin yan şüşələrinə kustar üsulla hazırlanan pərdə quraşdıran sürücülər saxlanılıb.

Bəzi sürücülər isə polislə mübahisə edib, əməllərinə haqq qazandırmağa çalışıblar.

Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan bəzi sürücülərin nəqliyyat vasitəsində ayaqüstə sərnişin daşıdıqları da aşkarlanıb. Mingəçevir şəhər Dövlət Yol Polis Bölməsinin keçirdiyi yoxlamalar zamanı 80-ə yaxın avtomobil saxlanılıb. Sərnişindaşıma qaydalarını pozduqlarına görə 16, plyonka və pərdədən istifadə etdiklərinə görə isə 18 sürücü barəsində protokol tərtib olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar