Xəzər Xəbər

İbrahimoviç İsveç yığmasına qayıdır

İdman | 17:01 • 17 Noyabr 2017
İbrahimoviç İsveç yığmasına qayıdır
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç millidəki karyerasını bərpa etmək istəyir. O, İsveç yığmasının 2018-cu il Dünya Çempionatına vəsiqə qazanmasından sonra bu qərara gəlib.

"RMC" agentliyi xəbər verir ki, 36 yaşlı hücumçu mövsümün sonunda qərar verəcək. Hazırda futbolçu zədəsini bərpa edir. Aprelin sonunda o, öz oyun formasını dəyərləndirmək niyyətindədir.

2017-ci il noyabrın 14-də Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko İbrahimoviçə Rusiya vətəndaşlığını təklif edib. Məmur idmançının rusiya bayrağı altında çıxışını da mümkün sayıb.

Xəbər lenti