Xəzər Xəbər

Qoca meymun insan kimi davrandı VİDEO

Veb TV | 14:12 • 22 Oktyabr 2017
Qoca meymun insan kimi davrandı

Bəzən heyvanların reaksiyaları, davranışları insan davranışından fərqlənmir.

Hollandiyanın Arnem şəhərindəki Kral Burqer Zooparkında saxlanan 59 yaşlı şimpanze "Mama" bərk xəstələnib.

Yeməkdən və sudan imtina edən Mama volyerində samanlara uzanaraq kimsəni dinləmirdi, kimsədən yemək götürmürdü.

Naçar qalan zoopark əməkdaşları professor Yan van Hoffu çağırıblar. Professor şimpanze Mamanı 1972-ci ildən tanıyırdı.

Ölüm ayağında olan şimpanze köhnə dostunu dərhal tanımasa da, sonradan professoru sığallamağa başlayıb. Mama dostunu tanımışdı.

Mama onu sevən, qayğısına qalan professorla vidalaşandan bir həftə sonra ölüb.

Milli.Az



Xəbər lenti