Xəzər Xəbər

70 yaşlı kişi qonşusunu öldürüb torpağa basdırdı

Hadisə | 13:45 • 22 Oktyabr 2017
70 yaşlı kişi qonşusunu öldürüb torpağa basdırdı

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

Hadisə Aydın əyalətinin Nazilli mahalında qeydə alınıb. 70 yaşları olan iki qonşu kişi torpaq sahəsinə görə mübahisə edib. Bundan sonra qonşulardan biri - Ülfət Özcan adlı şəxs itkin düşüb.

Bundan sonra polis axtarışlara başlayıb. İtkin düşən şəxsin cəsədi yaşadığı evdən 3-4 km uzaqlıqda torpağa basdırılmış halda aşkarlanıb. Onun üzərində aparılan tibbi müayinə nəticəsində başından vurularaq öldürüldüyü məlum olub.

Sözügedən şəxsi öldürməkdə şübhəli bilinən 70 yaşlı Kazım Təkəli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti