Xəzər Xəbər

Demet Akalından Hülya Avşara SƏRT SÖZLƏR: "Ər tapsaydı..."

Şou Biznes | 13:40 • 22 Oktyabr 2017
Demet Akalından Hülya Avşara

Məşhur müğənni Demet Akalın Hülya Avşarın öz verilişində "Evliliyin uzunömürlü olması üçün kişilər həyat yoldaşlarına hərdənbir gizli-gizli xəyanət etməlidir" dediyi fikirlərini tənqid edib.

Akalın Hülyanın bu qənaətə gəlməsini özünün vaxtında xəyanətə uğraması ilə izah edib:

"Onu canım qədər sevirəm, lakin bu fikirləri məni dəli edir. Əri onu aldatdığı üçün istəyir ki, hamının canı yansın. Mənimki kimi, Okan kimi cəsarətli adamlar da var. Yəqin ki, o da doğru adamı tapacaq. Onu Sultan Baba türbəsinə (övliya) aparım gərək".

Hülya Avşar verilişdə səsləndirdiyi fikirlərlə bağlı bunları deyib: "İndi bu mövzuda danışan deyiləm. Mən verilişdə sözümü demişəm. Dedim qurtardı. Bu məsələ bağlansın".(publika.az)


Xəbər lenti