Xəzər Xəbər

"Mançester Yunayted"ə debütant şok yaşatdı

Veb TV | 13:25 • 22 Oktyabr 2017
"Mançester Yunayted"ə debütant şok yaşatdı

İngiltərə Premyer Liqasında 9-cu turun görüşləri keçirilir.

Çempionluğa iddialı olan "Mançester Yunayted" bu mövsümdə ilk yenilgisini alıb. "Qırmızı şeytanlar" səfərdə debütant "Haddersfild"ə məğlub olub - 1:2.

Turnir cədvəlində aktivində 20 xalı olan "Mançester Yunayted" 2-ci pillədə qərarlaşıb və lider "Mançester Siti"də 5 xal geri qalır. "Haddersfild" 12 xalla 11-cidir.

"Haddersfild” – "Mançester Yunayted” - 2:1
Qollar:
Muy, 28; Depoitre, 33 - Reşford, 78

"

Xəbər lenti