Xəzər Xəbər

ABŞ-dakı neft quyularının sayı azalmaqda davam edir

İqtisadiyyat | 14:22 • 21 Oktyabr 2017
ABŞ-dakı neft quyularının sayı azalmaqda davam edir

Keçən həftə də ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.

Xezerxeber.az "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 736 təşkil edib. ABŞ-dakı aktiv neft-qaz və qarışıq fəaliyyət göstərən quyuların sayı isə 15 ədəd azalaraq ümumilikdə 913 ədəd olub. Bu, ötən ilin eyni dövründəkindən 360 qurğu çox deməkdir.

Beləliklə də ABŞ-da aktiv neft quyularının sayı son 7 həftənin altısında azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti