Xəzər Xəbər

Pirallahıda dərman zavodu yaradılacaq - VİDEO

Veb TV | 20:55 • 20 Oktyabr 2017
Pirallahıda dərman zavodu yaradılacaq -

Pirallahı Sənaye Parkında dərman istehsal edən müəssisə yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşündə bildirib.

Pirallahı Sənaye Parkında 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara uyğun istehsalı üzrə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. İnvestisiya dəyəri 17 milyon dollar olan layihə çərçivəsində 350-yə yaxın iş yerinin yaradilması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti