Xəzər Xəbər

Britaniyalı milyarder ABŞ prezidentinin stolundakı qırmızı düymənin gözlənilməz sirrini açıqladı

Dünya | 10:53 • 19 Oktyabr 2017
Britaniyalı milyarder ABŞ prezidentinin stolundakı

Britaniyalı milyarder Riçard Brenson yazdığı kitabda qeyd edib ki, oval kabinetin keçmiş rəhbəri Barak Obamanın Ağ Evdəki iş masasındakı qırmızı düymə çay sifarişi üçündür.

"Virgin Group"un rəhbəri yazır ki, bir gün Obama onun diqqətlə prezident stolundakı qırmızı düyməyə baxdını görüb.

"Əvvəl onu fövqəladə hallarda istifadə edirdilər, amma indi ondan çay sifariş etmək üçün yararlanırıq", - deyə Obama Brensona bildirib.

Həmçinin məlumdur ki, hazırkı ABŞ prezidenti Donald Tramp qırmızı düymədən qazlı su sifarişi üçün istifadə edir./FaktXəbər

Xəbər lenti