Xəzər Xəbər

Əfqanıstanda polis idarəsinə hücum: 20 nəfər ölüb

Dünya | 13:25 • 17 Oktyabr 2017
Əfqanıstanda polis idarəsinə hücum: 20 nəfər ölüb

Oktyabrın 17-də silahlıların Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin Qardez şəhərində polisın hazırlıq mərkəzinə hücumu nəticəsində ən azı 20 nəfər həlak olub, 160 nəfərə qədər insan isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.


AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yaydığı məlumata görə, hücum zamanı, həmçinin əyalətin polis rəisi Torialay Abdianai öldürülüb.


Xatırladaq ki, oktyabrın 17-də səhər saatlarında polis idarəsi silahlı hücuma məruz qalıb. Bundan sonra hücum edənlərlə polis işçiləri arasında şiddətli atışma başlayıb. Silahlılar partlayıcı yüklənmiş "Humvee” avtomobillərindən istifadə ediblər.


Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən "Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.

Xəbər lenti