Xəzər Xəbər

Prezident Salyan və Neftçala rayonlarına səfər edib VİDEO

Veb TV | 21:06 • 24 Sentyabr 2017
Prezident Salyan və Neftçala rayonlarına səfər edib

Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsinəd bu gün Neftçala və Salyan rayonlarında olub. Dövlət başçısı hər iki rayonda bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin Nefçalaya səfri ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayıb. Sonra dövlət başçısı Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb. Prezident buradakı müəssilərələ ətraflı tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonra dövlət başçısı Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib və ənmüasir tibbi avadanlıqlarla təmin edilib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir. Prezident Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış olub.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, Növbəti daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.

Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

Dövlət Başçısı "Neftçala" yarımstansiyasının açılışında da iştirak edib. Şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz "Neftçala" yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq.

Prezident daha sonra Salyan rayonunda olub və burada "Qaraqaşlı" yarımstansiyasının açılışında iştirak edib. Yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir.

Prezident İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Səfər çərçivəsində prezidentin iştirakı ilə Bayraq Muzeyinin açılış mərasimi də keçirilib.

Prezidenti İlham Əliyev Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib. yolun bu hissəsinin 12,8 kilometr uzunluğundadır və 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.

Dövlət Başçısı Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə də tanış olub. Gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Bu sudan həm məişət işlərində, həm də suvarmada istifadə olunur.

Xəbər lenti