Xəzər Xəbər

Bura kənd Əhmədlidir: Nə sel gəlməyib, nə də daşqın baş verib - VİDEO

Veb TV | 20:57 • 24 Sentyabr 2017
Bura kənd Əhmədlidir:

Paytaxtın kənd Əhmədli adlanan qəsəbəsində kanalizasiya sistemi ilə bağlı problem insanların rahatlığına təsir edib. Sakinlər şikayət edir ki, düz qapılarının ağzından axan kanalizasiya sularının qoxusundan evdə otura bilmirlər. Küçəyə yayılan çirkab sular bəzi sakinlərdə, xüsusilə də azyaşlılarda allergik reaksiyalara səbəb olur.

Nə sel gəlməyib, nə də daşqın baş verib. Bura kənd Əhmədlidəki evlərdən biridir. İnsanlar həyətlərində rahat gəzə bilmək üçün özlərinə belə süni körpülər düzəldiblər.

Qonşular iddia edir ki, küçəboyu axan kanalizasiya suları artıq hər evə xəstəlik yayir.

1-ci əhmədli küçəsinin azyaşli sakinləri də bu problemdən əziyyət çəkdiklərini söylədilər.

Çəkiliş qrupumuzun müdaxiləsindən sonra Azərsu Açıq Səhmdar Cəmiyyətinin işçi qrupu Məhəmməd Hadi küçəsi 80 ünvanına gələrək işə başladı. Məlum oldu ki, problemə səbəb elə sakinlərin özlərinin kanalizasiya sistemindən düzgün istifadə etməməsidir. Çünki, 1-ci Əhmədli küçəsində yaşayan sakinlər kanalizasiyaya əllərinə keçəni atır. Təmizlik işləri zamanı uşaq bezindən - geyimə qədər bütün növ tullantılar çıxarıldı. "Azərsu"nun hadisə yerində işləyən əməkdaşları isə tövsiyyə edir ki, insanlar belə problemlərlə üzləşmək istəmirsə əllərinə keçəni kanalizasiya sisteminə atmasınlar.


Xəbər lenti