Xəzər Xəbər

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı ÖZÜ DƏ GÖRÜN HARADAN?! - VİDEO

Veb TV | 20:59 • 24 Sentyabr 2017
Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

Bir neçə gündür sosial şəbəkələrdə və mediada hamı itkin düşmdüş 13 yaşlı oğlandan danışırdı. Abşeron rayonu Xırdalan qəsəbəsində evdən hazırlığa getmək üçün çıxmış Ülvi Cəfərli 4 gündən sonra, nəhayət tapılıb. O bu gün özü evlərinə qayıdıb. Ülvinin evdən qaçmasının səbəbi isə bir çox valideyn üçün siqnal olacaq.

Hazırlıq adı ilə evdən çıxıb 4 gündür qayıtmayan uşaq nəhayət ki tapılıb. 13 yaşlı Ülvi Cəfərli bu gün günorta saatlarında evlərinə gəlib.

Bir necə gündür bütün ictimaiyyət Ülvinin axtarrışları ilə məşğul idi. Sosial şəbəkələrdə tutmuş, müxtəlif media orqanlarına qədər hər yerdə onun haqda elanlar verilirdi. Bir çox insan könüllü olaraq uşağın axtarışına çıxmışdı. Ülvini dostları onu bu gün taparaq evlərinə gətirib.

Valideynlərinin sözlərinə görə bu necə gündə çəkdikləri stress və əzab oğullarına sağlam şəkildə qovuşmaqları ilə sona yetib. Valideynlərinin sözlərinə görə Ülvinin evdən qaçmağına səbəb isə əylənmək istəyi olub.

4 gün ərzində Ülvi elə öz evlərinin yaxınlığında gizlənib. Hal hazırda səhhətində hec bir problem yoxdur. Ülvinin özü isə baş verənlərlə bağlı qısa danışmağa üstünlük verib.

Bu hadisə yetkinlik yaşına çatan övladları çox sıxmağın hansı fəsadlar verə biləcəyini bir daha ortaya qoyur.



Xəbər lenti