Xəzər Xəbər

Gədəbəydə 19 baş iribuynuzlu heyvan oğurlanıb - VİDEO

Veb TV | 19:43 • 23 Sentyabr 2017
Gədəbəydə 19 baş iribuynuzlu heyvan oğurlanıb -

Gədəbəyin Düzyurd kəndində yaylaqdan 19 baş iribuynuzlu heyvan oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, 3 nəfər kənd sakini may ayında heyvanlarını yaylağa çıxarıb. Sentyabrın 5-də isə örüşə buraxılan mal-qara oradan yoxa çıxıb.

Təsərrüfat sahibləri deyirlər ki, şübhələndikləri şəxs də var.

Sakinlərin sözlərinə görə, oxşar hadisə ardıcıl olaraq 3-cü ildir ki, baş verir. Bundan əvvəl də həmin yaylaqda kəndlilərin xeyli mal-qarası müəmmalı şəkildə yoxa çıxıb.

Zərərçəkənlər məsələ ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Lakin hələ də mal-qara tapılmayıb. Məsələ ilə bağlı Polis Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, şikayətçilər və şübhəli şəxslərin hamısı dindirilib. Zərərçəkənlərlə Elman adlı şəxs də üzləşdirilib. Ancaq heç bir oğurluq faktı təsbit olunmayıb. Şöbənin İstintaq Qrupunun Baş müstəntiqi İbrahim Hüseynovun sözlərinə görə, həmin yaylaq Ermənistanla təmas xəttinə yaxın olduğundan mal-qaranın da nəzarətsiz qalaraq qarşı tərəfə keçməsi ehtimal olunur. Lakin yenə də istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti