Xəzər Xəbər

Lənkəranda sərnişin qatarı 22 yaşlı gənci vurub - VİDEO

Veb TV | 20:16 • 22 Sentyabr 2017
Lənkəranda sərnişin qatarı 22 yaşlı gənci vurub -

Lənkəranda axşam saatlarında hərəkətdə olan qatar dəmir yolu xəttini keçmək istəyən 22-yaşlı Tural Hüseynlini vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Tural Hüseynli qatarın altından çıxarılıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Məlumata görə, o, dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib və qatarın verdiyi xəbərdarlıq siqnalını eşitməyib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatarın hər iki maşinistinin spirtli içki qəbul edib-etmədiyini yoxlamaq üçün hadisə yerinə həkim çağırılıb. Hadisə ilə bağlı qatarın hərəkətində 1saatdan çox gecikmə yaranıb. Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti