Xəzər Xəbər

Müvəqqəti marşrutdan çıxarılan avtobus niyə xəttə buraxılmır? - VİDEO

Veb TV | 20:02 • 22 Sentyabr 2017
Müvəqqəti marşrutdan çıxarılan avtobus niyə xəttə buraxılmır? -

Yol təmirsiz olduğu üçün ləğv edilən marşrut xətti 2 ilə yaxındır ki, bərpa edilmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi-Biləcəri-Sulutəpə və Memar Əcəmi marşrut xətti üzrə hərəkət edən 170 saylı avtobuslardan gedir.

Biləcəri qəsəbəsinin sakinlərinin sözlərinə görə, marşrut xəttinin ləğv edilməsinə səbəb yolların təmirsiz olması olub. Qəsəbədəki yol bir neçə müddətdir təmir edilsə də, marşrut xətti bərpa edilmir.

Sakinlər gün ərzində işə, universitetə və məktəbə gedib-gəlməkdə çətinlik çəkdiklərini deyir. Onların istəyi əraziyə yeni avtobusların buraxılmasıdır.

Bakı Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, hazırda həmin xəttin yenidən bərpa edilməsi üçün qurum iş aparır. Yaxın vaxtlarda yeni avtobuslar sözügedən marşrut xəttində hərəkət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti