Xəzər Xəbər

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 20:24 • 22 Sentyabr 2017
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək -

Qəbul imtahanlarındakı fənlərin sayı 5-dən 3-ə endirilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Sədr bildirib ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 5 fəndən yox, 3 fəndən suallar salınacaq.

Bu il ümumi, yəni 9 illik orta təhsil səviyyəsi üzrə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi imtahanı yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında da yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Həmçinin, buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq. Qəbul imtahanlarındakı ixtisas qruplarında hansı fənlərin olacağı və digər məsələlərlə bağlı yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə açıqlama veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti