Xəzər Xəbər

"Real"dan 75 milyon avroluq müqavilə

İdman | 14:41 • 22 Sentyabr 2017
"Real"dan 75 milyon avroluq müqavilə

"Real” forma sponsoru olan "Emereyts”lə müqaviləsinin müddətini uzadıb.

Əvvəlki anlaşmanın başa çatmasına 1 il qalmış yeni müqavilə 2021/22 mövsümünün sonuna qədər artırılıb.

Buna görə madridlilər ildə 75 milyon avro qazanacaq. Bu isə rekorddu. "Real”a kimi forma sponsor üzrə ən çox gəlir əldə edən klub "Şevrolet”lə illik 62 milyon avroya razılaşan "Mançester Yunayted” idi.

Qeyd edək ki, "Real” 2013-cü ildən "Emereyts” yazılan formalarla meydana çıxır./Sportal.az

Xəbər lenti

Çox oxunanlar