Xəzər Xəbər

Terim federasiyadan 3.5 milyon avro tələb etdi

İdman | 14:18 • 22 Sentyabr 2017
Terim federasiyadan 3.5 milyon avro tələb etdi

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasına (TFF) xəbərdarlıq edib.

Təcrübəli mütəxəssis rəsmi müraciət edərək, bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyib.

64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan 12 ayın təzminatını - 3.5 milyon avro istəyib.

Qeyd edək ki, F. Terimin istefaya göndərilməsindən sonra millidə baş məşqçi vəzifəsinə Mirça Luçesku gətirilib.

Xəbər lenti