Xəzər Xəbər

OPEC-in sazişinə Nigeriya da qoşula bilər

İqtisadiyyat | 13:42 • 22 Sentyabr 2017
OPEC-in sazişinə Nigeriya da qoşula bilər

Nigeriya Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişə gələn il mart ayının sonunadək qoşula bilər.


AZƏRTAC "bloomberg.com”a istinadla xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu deyib.


E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya neft istehsalı gündəlik 1,8 milyon barrel - stabil həddə çatdıqdan sonra OPEC-in sazişinə qoşula bilər. Nazir qeyd edib ki, ölkədə neft istehsalının həcmi dəyişkəndir.


OPEC-in hesabatına görə, Nigeriya avqustda gündəlik neft hasilatını 138 min barrel artıraraq 1,86 milyon barrelə çatdırıb.

Xəbər lenti