Bildirilib ki, ötən 5 gün ərzində "Təfəkkür" Universitetinin daha 100-ə
yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə
etməklə digər ali təhsil müəssisələrinə köçürülüb.
"Artıq bu
günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə
köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə
köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət
etmələri üçün son tarix sentyabrın 25-də başa çatır”.
Qeyd edək
ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti 2016-cı il oktyabr
ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin
Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar
fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan
Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin
akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə
qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali
təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsəd ilə İşçi
qrupunun yaradılması barədə qərar qəbul edib.