Xəzər Xəbər

Lütfi Zadənin nəşi Azərbaycana nə vaxt gətiriləcək?

Cəmiyyət | 15:32 • 19 Sentyabr 2017
Lütfi Zadənin nəşi Azərbaycana nə vaxt gətiriləcək?

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, böyük alim Lütfi Zadənin nəşi həftə sonu Azərbaycana gətiriləcək.

XəzərXəbər-in məlumatına görə, bu barədə Lütfi Zadənin ailə dostu, professor Şahnaz Şahbazova məlumat verib. Onun sözlərinə görə, sənədləşdirmə işləri ilə əlaqədar bu proses bir az zaman alır.

Xatırladaq ki, Lütfi Zadənin vida mərasimi, dəfni ilə bağlı bütün işlərləBakıŞəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məşğul olacaq. Heydər məscidində Lütfi Zadənin cənazə namazı qılınacaq. Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək, daha sonra I Fəxri Xiyabanda dəfn olunacaq.

Xəbər lenti