Xəzər Xəbər

Oğul atasını bıçaqladı SUMQAYITDA

Hadisə | 11:51 • 23 Avqust 2017
Oğul atasını bıçaqladı

Sumqayıtda oğul atasını bıçaqlayıb.

Hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti