Xəzər Xəbər

Quduzluğa qarşı Tədbirlər Planı hazırlanır - VİDEO

Veb TV | 19:44 • 21 Avqust 2017
Quduzluğa qarşı Tədbirlər Planı hazırlanır -

Quduzluğa qarşı yeni sənəd hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, tədbirlər planı Avropa Ittifaqinin Tvininq layihəsi çərçivəsində həyata keçiriləcək. Belə ki, sahibsiz itlər və digər vəhşi heyvanlara qarşı ciddi vaksinasiya tədbirləri görüləcək.

Kompleks tədbirlər planında sahibsiz heyvanların saxlanıldığı sığınacaqların sayının artırılması, eləcə də mövcud şəraitin yaxşılaşdırılması nəzərdə tutulur.

Sahibsiz heyvanların artımının qarşısını almaq üçün itlər əməliyyat ediləcək. Bu təcrübədən dünyanin bir çox ölkələrində istifadə edilir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyir ki, baytarlıq sənədində bölgələrdə vəhşi heyvanların oral vaksinasiyası da nəzərdə tutulub. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyə qarşı mübarizə üsuludur.

Avropa Ittifaqinin Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planı gələn ilin mayında hökumətə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti