Xəzər Xəbər

Şəkidə çaya dərman tökülüb - sakinlər narahatdır - VİDEO

Veb TV | 20:10 • 21 Avqust 2017
Şəkidə çaya dərman tökülüb -

Çay ərazisinə xeyli miqdarda dərman atılıb. Nəticədə ətrafa pis qoxu yayılır.

Bununla yanaşı, ərazi heyvanların örüş sahəsi olduğundan onların tələf olma ehtimalı da var.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Şəkinin Qumux kəndindən gedir.

Kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar. Sakinlərin sözlərinə görə, dərman maddələri ətrafda pis qoxu yayır. Yaxınlıqda uşaqlar oynadıqları üçün bu maddələr onlar üçün problem yarada bilər. Yağıntılar zamanı bu maddələr çay suyuna qarışır, sudan içən heyvanlar da zəhərlənə bilər.

Qumux kəndi Baş Layski ərazi bələdiyyə bölgüsünə daxildir. Kənd rəsmiləri bildirir ki, hadisə haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verilib və əraziyə baxış keçirilib. Ərazinin dərman maddələrindən təmizlənməsi və zərərsizləşdirilməsi onlar tərəfindən həyata keçirilməlidir. Bələdiyyə bu zaman onlara yalnız köməklik göstərə bilər. Ərazinin bu maddələrdən təmizlənməsi bələdiyyənin səlahiyyəti xaricindədir.

Maraqlıdır ki, hər iki qurum məsuliyyəti bir birinin üzərinə atır. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov "Xəzər Xəbər"ə əraziyə baxış keçirildiyini və dərmanların yığışdırılması işinin kənd bələdiyyəsi tərəfindən həyata keçirilməli olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti