Xəzər Xəbər

Bakıda idmançı "Galendewagen"lə adam vurdu

Hadisə | 11:28 • 21 İyul 2017
Bakıda idmançı "Galendewagen"lə adam vurdu

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)

Xəbər lenti