Xəzər Xəbər

Malayziya internet tarixinin ən populyar mahnısına qadağa qoydu

Şou Biznes | 16:23 • 20 İyul 2017
Malayziya internet tarixinin ən populyar mahnısına qadağa qoydu
Malayziya hökuməti Puerto-Rikolu ifaçı Luis Fonsinin "Despacito” mahnısına qadağa qoyub.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, buna səbəb əsərin mətninin nalayiq sözlərlə dolu olmasıdır.

Malayziyanın Rabitə Nazirliyi rəsmi olaraq "Despacito” mahnısının televiziya və radiolarda səsləndirilməsinə qadağa qoyub. Qurumun rəhbəri Saleh Səid Keruak bildirir ki, bir çox vətəndaşlar nalayiq lirikadan və bu mahnı ilə Malayziya mədəniyyətinin təhqir olunmasından şikayət edirlər.

Məhdudiyyətlər internet xidmətlərindən başqa bütün Malayziya KİV-lərinə aiddir.

Bu günlərdə məlum olub ki, "Despacito” şəbəkə tarixində ən populyar mahnı olub. Fonsinin klipinin "YouTube”dakı baxılma sayı 2,5 milyard dəfə olub.

Xəbər lenti