Xəzər Xəbər

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

Veb TV | 19:33 • 27 İyun 2017
Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb -

Tovuzun Əyyublu kəndində heyvan otaran uşağı ilan sancıb.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakini, 12 yaşlı Murad Həsənov həyətyanı sahədə heyvan otararkən ilan onun sağ ayağının topuğundan sancıb. Əlindəki ağacla sürünəni öldürən azyaşlı dərhal evə qaçaraq valideynlərinə məlumat verib.

Murad Həsənov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımi müalicə tədbirləri görülüb, zəhər əlehinə zərdab vurulub.

Müalicələr davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti