Xəzər Xəbər

"Liverpul" misirli futbolçunun transferini həll etdi

İdman | 15:55 • 22 İyun 2017
"Liverpul" misirli futbolçunun transferini həll etdi

"Liverpul" yay transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.

"Qırmızılar" "Roma"nın futbolçusu Məhəmməd Salahı heyətinə cəlb edib. Mersisaydlılar misirli yarımmüdafiəçinin transferi üçün paytaxt klubuna 38,5 milyon avro ödəyib.

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə "Roma”nın heyətində 41 oyuna 19 qol vurub və 15 qol assist edib. Misirli futbolçu "Roma"ya "Çelsi"dən 15 milyon avroya keçmişdi.

Xəbər lenti