Xəzər Xəbər

“Fransanın Liviyaya müdaxiləsi səhv idi” – Makron

Dünya | 15:36 • 22 İyun 2017
“Fransanın Liviyaya müdaxiləsi səhv idi”

Prezident Emmanuel Makron 2011-ci ildə Fransa ordusunun beynəlxalq koalisiyaya Liviyaya daxil olması üçün göstərdiyi köməyin yanlış olduğunu bəyan edib.

"Mənim gəlişimlə Fransaya 10 il əvvəl ixrac edilən bu neokonservatizm formasının da sonu gələcək. Xalqı prosesə daxil etmədən, demokratiyanı xaricdən gətirmək olmaz. Fransa İraq müharibəsində iştirak etmədi və bu düzgün qərar idi. Lakin o Liviyada müharibəyə qoşulmaqla səhv etdi. Bu müdaxilələrin nəticələri nə oldu? Terrorçu qrupların çiçəkləndiyi dağıdılmış ölkələr”. – deyə Makron bəyan edib.

Qeyd edək ki, Liviya lideri Muəmmar Qəddafi koalisiya qüvvələrinin dəstəklədiyi üsyançılar tərəfindən tutulub, məhkəməsiz edəm edilmişdi, vahid ölkə isə öz aralarında müharibə aparan klanlar arasında bölünüb.

Xəbər lenti