Xəzər Xəbər

Bakıda ofisə basqın edən şəxs tutulub

Hadisə | 11:44 • 22 İyun 2017
Bakıda ofisə basqın edən şəxs tutulub

Bakı şəhərində ofisə basqın edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də paytaxtın Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov yaxalanıb.

Xəbər lenti