Xəzər Xəbər

Qərb rayonlarına yağan dolu fəsadlar törədib - VİDEO

Veb TV | 19:50 • 27 May 2017
Qərb rayonlarına yağan dolu fəsadlar törədib -

Qərb rayonlarına yenə dolu düşüb.

Xezerxeber.az məlumat verir ki, söhbət Tərtər, Bərdə və Tovuz rayonlarından gedir. Günorta saatlarında Bərdəyə və Tovuzun bəzi yaşayış məntəqələrinə, o cümlədən Qovlar kəndinə dolu düşüb. Qəfil yağan dolu sakinləri hazırlıqsız yaxalayıb. Fındıqdan böyük dolu dənələri əkinə və meyvə ağaclarına ziyan vurub. Lakin yağıntı qısa çəkib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında da hava şəraiti dəyişkən buludlu olacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında gecə 14-17, gündüz 26 dərəcəyəcək isti gözlənilir. Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti