Xəzər Xəbər

Yol çəkilişi zamanı tarix üzə çıxdı - Şamaxıda - VİDEO

Veb TV | 19:50 • 27 May 2017
Yol çəkilişi zamanı tarix üzə çıxdı - Şamaxıda -

Yol çəkilişi zamanı tarix üzə çıxıb, xeyli maddi-mədəniyyət nümünələri aşkarlanıb.

Xezerxeber.az məlumat verir ki, Şamaxının Dəmirçi kəndi ərazisində aşkarlanan nekropolun ərazisi təxminən 3 hektara yaxındır.

Nekropolda əsaslı tədqiqatlara mayın əvvəlində başlanılıb. 600 kvadratmetrdən artıq sahədə qazıntı işləri aparılıb. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirlər aşkar edilib.

Kvadrat formada olan qəbirlərin hamısının divarları çay daşı və ya əhəng daşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb. Daşların ağırlığı isə 150-300 kq-dan artıqdır.

Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb.

Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Bənzər abidələr Xalqların Böyük Köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti