Xəzər Xəbər

Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir - VƏZİYYƏT KRİTİK HƏDDƏDİR - VİDEO

Veb TV | 19:51 • 27 May 2017
Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir -

Ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı vəziyyət kritik həddədir.

Xezerxeber.az məlumat verir ki, bununla bağlı Azərbaycan Ürək-Damar Cəmiyyəti həyəcan təbili çalır.

Ürək-damar xəstəliklərinin geniş yayılmasının müxtəlif səbəbləri var. Başlıca səbəb insanların həyat tərzi və pis vərdişlərdir.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyir ki, son illər ürək qüsuru ilə doğulan uşaqların sayında artım var. Bu sahədə əsas çətinliklərdən biri diaqnozun vaxtında qoyulmamasıdır.Sonradan əmələ gələn ürək-damar xəstəliklərdən fərqli olaraq, anadangəlmə qüsurların hansı səbəbdən yarandığını müəyyən etmək olduqca çətindir.

Bu arada paytaxtda ümummilli lider Heydər Əliyevin anadan olmasinin 94-cü ildönümünə həsr olunmus "Baki Ürək Günləri" V Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib. Konqresdə dünyanın 10-dan çox ölkəsindən gələn mütəxəssislər iştirak edirlər. 400-dən artıq kardioloqun qatildığı tədbirdə ürək- damar cərrahiyyəsi sahəsində mövcud olan problemlər, eləcə də ən son nailiyyətlər müzakirə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti