Xəzər Xəbər

Bu il 17 min rusiyalı müsəlman Həcc ziyarətinə getməyi planlaşdırır

Dünya | 17:55 • 27 May 2017
Bu il 17 min rusiyalı müsəlman Həcc ziyarətinə getməyi planlaşdırır

Rusiya Federasiyasının İslam dininə sitayiş edən 17 min sakini 2017-ci ildə Həcc ziyarətinə getmək üçün lazım olan sənədlərin hazırlığına başlayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, bu barədə Rusiya Federasiyası müsəlmanlarının dini idarəsinin sədr müavini Ruşan Abbyasov bildirib.

Onun sözlərinə görə bu il rusiyalı müsəlmanlar üçün Həcc kvotası ilə bağlı problem yoxdur. Belə ki, Səudiyyə Ərəbistanı hər min müsəlmana bir yer standartına əsaslanan kvotanı bərpa edib.

Xəbər lenti

Çox oxunanlar