Xəzər Xəbər

Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI

İdman | 10:21 • 27 May 2017
Dünyanın ən çox qazanan futbolçuları -

"Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, İspaniyanın "Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ildə 93 milyon dollar qazanaraq siyahıya başçılıq etməkdə davam edir.

İkinci pillədə "Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi (80 milyon dollar), üçüncüdə isə daha bir "Barselona”lı hücumçü Neymardır (37 milyon dollar).

Sonrakı yerdə müvafiq olaraq Qaret Beyl ("Real”, 34 milyon), Zlatan İbrahimoviç ("Mançester Yunayted”, 32 milyon), Ueyn Runi ("Mançester Yunayted”, 23,6 milyon), Luis Suares ("Barselona”, 23,3 milyon), Serxio Aquero ("Mançester Siti”, 22,6 milyon), Xames Rodriqes ("Real”, 21,9 milyon) və Pol Poqba ("Mançester Yunayted”, 21,2 milyon) kimi futbolçular qərarlaşıblar.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti