Xəzər Xəbər

Mustafa Cecelinin gəzdiyi qız həyat yoldaşından boşanma SƏBƏBİ OLDU

Şou Biznes | 16:28 • 26 May 2017
Mustafa Cecelinin gəzdiyi qız həyat yoldaşından boşanma

Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli 9 illik evliliyini bitirib.

Bu barədə müğənni özü Tvitter hesabından xəbər yayıb. Cütlüyün boşanma səbəbinin Mustafa Cecelinin gecələrin birində qarabuğdayı bir gözəllə yaxalanmasının olduğu bildirilir. Belə ki, ötən ay polis yoxlamasına düşməmək üçün yayınmağa çalışan Ceceli nəhayət saxlanılanda paparatsilərin kameralarına tuş gəlmişdi. Jurnalistləri azdırmaq istəyən Ceceli xanıma mahnı qulaq asdırmaq üçün maşına mindirdiyini bildirmişdi. Bu hadisədən sonra müğənni və həyat yoldaşı arasında münasibət soyumuşdu.

Xatırladaq ki, Mustafa və Sinəm Ceceli 2008-ci ildə evləniblər. Cütlüyün Arda adlı 6 yaşlı oğulları var./publika.az

Xəbər lenti