Xəzər Xəbər

Suriyadakı terrorçular üçün pul yığan 450-dən artıq sayt Rusiyada blok edilib

Dünya | 19:02 • 25 Aprel 2017
Suriyadakı terrorçular üçün pul yığan 450-dən artıq sayt Rusiyada blok edilib

"Ötən il Suriyadakı qanunsuz silahlı birləşmələrə dəstək məqsədi ilə maliyyə vəsaiti yığan 450-dən artıq internet səhifəsi Rusiyadablok edilib”.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın hesabatında deyilir.

Bildirilir ki, 2016-cı ildə prokurorlar tərəfindən 188 tələb hazırlanıb: "Bu tələblərə əsasən rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələrinə nəzarət üzrə Federal Xidmət 1188 internet resursunu blok edib və 18 min 430 saytdan məlumatlar silinib. Prokurorluğun tələbi ilə Rusiyada qadağan edilmiş İŞİD, "Qafqaz Əmirliyi” ("İmarat Kavkaza”) kimi təşkilatlara məxsus saytlara giriş məhdudlaşdırılıb. Ekstremizmə və terrorizmə çağırış edən saytlarlabağlı hüquq-mühafizə orqanlarına 5 qətnamə göndərilib və onlara əsasən 4 cinayət işi açılıb”.

Xəbər lenti