Xəzər Xəbər

Oğurluq, soyğunçuluq və quldurluqla məşğul olan dəstə ifşa edildi - VİDEO

Veb TV | 20:33 • 25 Aprel 2017
Oğurluq, soyğunçuluq və quldurluqla məşğul olan dəstə ifşa edildi -

Gəncədə oğurluq, soyğunçuluq və quldurluq törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib.

6 nəfərdən ibarət qrup üzvlərinin əsas hədəfləri səyyar şəkildə pul mübadiləsi aparan şəxsər olub. Polis 4 nəfəri saxlasa da, 2-nin axtarişları davam etdirilir.

Xezerxeber.az məlumat verir ki, Gəncə sakinləri Yaşar Nağıyev və Abbas Abbasov qabaqcadan əlbir olaraq, bir müddət Vilayət Abbasovu izləyiblər. Sonra isə mərkəzi bazarın yaxınlığında səyyar şəkildə pul mübadiləsi aparan Vilayət Abbasova qarşı soyğunçuluq ediblər. Zərərçəkənə məxsus külli miqdarda Azərbaycan manatını və ABŞ dollarını, eləcə də rus rublunu soyğunçuluq yolu ilə ələ keçiriblər.

Yaşar Nağıyevin şəhər sakini Rübayıl Əliyevlə birlikdə Gəncədə valyuta mübadiləsi ilə məşğul olan Kəmaləddin Əliyevə, eləcə də Goranboy sakini Rahib Rzayevə qarşı quldurluq cinayəti törətdikləri də müəyən edilib. Həmçinin əməliyyat yolu ilə Abbas Abbasovun 2016-cı ilin yanvar ayında tanışı Arif Cəfərovla birlikdə Allahverdi Aslanova məxsus mağazadan oğurluq etməsi də aşkarlanıb.

Araşdırmlar zamanı Abbas Abbasovun tanışı Elgün İsmayıl-Nəcat da saxlanılıb. Elnur Nəbiyevin barəsində isə axtarış elan olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti