Xəzər Xəbər

SOCAR: "Şahdəniz-2" üzrə xərclərin 25%-inə qənaət olunub

İqtisadiyyat | 16:02 • 25 Aprel 2017
SOCAR: "Şahdəniz-2" üzrə xərclərin 25%-inə qənaət olunub

Azərbaycan "Şahdəniz" yatağında hasilata başlamaqla təbii qaz idxalçısından ixracatçısına çevrilib. 


Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.


Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində artıq işlərin 90%-i yerinə yetirilib və burada ciddi qənaət edilib: "Qənaət təxminən bu layihənin ümumi dəyərinin 25%-inə bərabər olub".

SOCAR rəsmisi bildirib ki, "Şahdəniz" yatağının işlənməsinin üçüncü mərhələsi və "Balaxanı" layının işlənməsindən sonra ölkədə qaz hasilatı artacaq.

Xəbər lenti