Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirə yekun vurulub.
3 güləşçi ilə turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 bürünc medal qazanıblar.
Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azad Əliyev fəxri kürsüdə yer alaraq turnirin bürünc medalına sahib olub.