Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Digah qəsəbəsində Tural Kərimov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən Qətibə Kərimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.