Xəzər Xəbər

2016/17 mövsümünün bütün mükafatçıları bəlli olub

İdman | 18:00 • 24 Aprel 2017
2016/17 mövsümünün bütün mükafatçıları bəlli olub

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün mükafatçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXVII tur gümüş və bürünc medalın sahibinin adına aydınlıq gətirib.

Qızıl medalları təmin edən "Qarabağ”ın ardından "Qəbələ” və "İnter”in də fəxri kürsünün hansı pilləsində qərarlaşacağı dəqiqləşib. Əyalət klubu çempionatın sonuna bir tur qalmış 2-ci yeri rəsmiləşdirib. Bu, "qırmızı-qaralar”ın tarixində hamısı ardıcıl olmaqla 4-cü mükafatdı. Son üç mövsümü 3-cü sırada başa vuran "Qəbələ” ilk dəfə "gümüş”ü bayram edib.

"İnter” isə bürünc medal sayında "Qəbələ”yə çatıb. 2011/12 və 2012/13 mövsümlərindəki kimi 3-cü olan paytaxt təmsilçisi ümumilikdə 8-ci dəfə mükafat qazanıb. Hesabında 2 qızıl və 3 gümüş də olan "İnter” yalnız "Neftçi” və "Qarabağ”dan geri qalır.

Azərbaycan çempionatlarının mükafatçıları

mövsüm

çempion

II yer

III yer

1992

"Neftçi”

"Xəzər” Sumqayıt

"Turan”

1993

"Qarabağ”

"Xəzər” Sumqayıt

"Turan”

1993/94

"Turan”

"Qarabağ”

"Kəpəz”

1994/95

"Kəpəz”

"Turan”

"Neftçi”

1995/96

"Neftçi”

"Xəzri”

"Kəpəz”

1996/97

"Neftçi”

"Qarabağ”

"Xəzri”

1997/98

"Kəpəz”

"Dinamo”*

"Şəmkir”

1998/99

"Kəpəz”

"Şəmkir”

"Neftçi”

1999/2000

"Şəmkir”

"Kəpəz”

"Neftçi”

2000/01

"Şəmkir”

"Neftçi”

"Viləş”

2001/02

yarımçıq qalıb

2003/04

"Neftçi”

"Şəmkir”

"Qarabağ”

2004/05

"Neftçi”

"Xəzər Lənkəran”

"Karvan”

2005/06

"Bakı”

"Karvan”

"Neftçi”

2006/07

"Xəzər Lənkəran”

"Neftçi”

"Bakı”

2007/08

"İnter”

"Olimpik”**

"Neftçi”

2008/09

"Bakı”

"İnter”

"Simurq”

2009/10

"İnter”

"Bakı”

"Qarabağ”

2010/11

"Neftçi”

"Xəzər Lənkəran”

"Qarabağ”

2011/12

"Neftçi”

"Xəzər Lənkəran”

"İnter”

2012/13

"Neftçi”

"Qarabağ”

"İnter”

2013/14

"Qarabağ”

"İnter”

"Qəbələ”

2014/15

"Qarabağ”

"İnter”

"Qəbələ”

2015/16

"Qarabağ”

"Zirə”

"Qəbələ”

2016/17

"Qarabağ”

"Qəbələ”

"İnter”

* - "Dinamo” indiki "Bakı”dı.

** - "Olimpik” indiki AZAL-dı.

Ümumilikdə isə indiyədək 25 mövsüm ərzində sahibini tapan 24 dəst medala 16 komanda yiyələnib. Onlardan yalnız 8-i çempion adını qazanıb. 7 komanda isə hər üç əyarlı mükafat əldə edib.

Klub

Qızıl

Gümüş

Bürünc

"Neftçi”

8

2

5

"Qarabağ”

5

2

3

"Kəpəz”

3

1

2

"İnter”

2

3

3

"Bakı”

2

2

1

"Şəmkir”

2

2

1

"Xəzər Lənkəran”

1

4

0

"Turan”

1

1

2

"Xəzər” Sumqayıt

0

2

0

"Qəbələ”

0

1

3

"Xəzri”

0

1

1

"Karvan”

0

1

1

AZAL

0

1

0

"Zirə”

0

1

0

"Simurq”

0

0

1

"Viləş”

0

0

1

Qeyd: Adını dəyişən komandalar indiki adları ilə göstərilib.

Xəbər lenti