Xəzər Xəbər

Güləşçimiz Qazaxıstanda bürünc medal qazandı

İdman | 15:00 • 24 Aprel 2017
Güləşçimiz Qazaxıstanda bürünc medal qazandı

Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından xezerxeber.az-a verilən məlumata görə, 3 güləşçi ilə turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Azad Əliyev fəxri kürsüdə yer alaraq turnirin bürünc medalına sahib olub.

Xəbər lenti