Xəzər Xəbər

Tarkanın Bakı qiyməti açıqlandı - yarım milyon dollar

Şou Biznes | 12:51 • 24 Aprel 2017
Tarkanın Bakı qiyməti açıqlandı -

Türkiyənin megastarı Tarkanın Bakıda Formula 1 Qrand-Priyarışları çərçivəsində verəcəyi konsertdən nə qədər gəlir əldə edəcəyi açıqlanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tarkankonsert üçün 500 min dollara razılaşıb.

Müğənni iyunun 23-də yarışın açılış mərasimində çıxış edəcək. Yarışa bileti olanlar meqastarın çıxışını pulsuz izləyəcəklər. Müğənni açılış günü izləyiciləri həm mahnıları, həm də şousu ilə məst edəcək.

Qeyd edək ki, ötən il yarışda Enriki İqlesas, Kris Broun vəFarel Uilyams kimi məşhurlar səhnə almışdı.

Tarkan Bakıya gələcəyini özü "İnstagram"səhgifəsində elan etmişdi. O, fotosu olan afişanı "Həyəcanlıyam" şərhi ilə paylaşıb.

Xəbər lenti