Özcan Dəniz təcili açıqlama yaydı:
"Şüursuz deyiləm"
Müğənni və aktyor Özcan Dənizin keçmiş sevgilisi Fahriye Evcenin fotosunu İnstaqramda bəyənməsi böyük müxakirələrə səbəb olmuşdu.
Burak Özçivitin bu vəziyyəti
qısqanclıqla qarşıladığı deyilirdi. Bütün bunlardan sonra Özcan sosial
mediada açıqlama verərək məsələyə aydınlıq gətirib:
"... Normalda belə hallarda susuram, amma vəziyyət indi fərqlidir. Bir
neçə aya evlənmə planı quran cütlük var qarşımızda və heç kimin şəxsi
həyatında problem yaratmaq istəmirəm. Siz mənim bunu şüursuzca etdiyimi
düşünürsünüz...
Bilirsiniz ki, uşaqlar telefonla oynamağı çox sevir. Məşhurların
fanatları bir çox məşhuru eyni anda izlədikləri üçün İnstaqramda hər
tanınmış insanın "Kəşf et" bölməsində heç əlaqəsi olmayan digər
məşhurlar da görünür. Telefonu 6 yaşlı bir uşağımızın oyun oynaması üçün
ona vermişdim, balaca qız da sevdiyi adamları görərək bütün fotolarını
bəyənib. Anası da bunu görüncə, dərhal təlaşlanaraq məlum "bəyənmə"ni
geri çəkib. Açıqlamam budur. Yəni evlilik hazırlığında olan bir cütlüyə
bu hörmətsizliyi edəcək qədər özümə düşmən, şüursuz biri deyiləm"./axsam.az